Faydalı məlumatlar

Baş dərisinin mezoterapiyası

Saç mezoterapiyasi, saçlı dəriyə kiçik inyeksiyalar şəklində tətbiq edilir. Tətbiq tökülmə şiddətinə görə 10-15 gün fasilələrlə 6-8 seans şəklində həyata keçirilə bilər. Tətbiqin edildiyi gün saçlar yuyulmaz. Saç mezoterapiya tətbiqinin hər hansı bir yan təsiri yoxdur. Saçların 3-cü seansdan sonra tökülməsi azalır.

Effektiv saç mezoterapiyası üçün ilk vacib məsələ vurulan məhlulların tərkibidir. Çünki mezoterapiya məhlulları xəstənin vəziyyətinə görə dəyişə bilər. Saç mezoterapiyası saç kökləri üçün faydalı vitaminlər, minerallar və amin turşuları və s.dəstəkləyici vitaminlər əlavə edilərək hazırlanır.

Saç mezoterapiyasının tətbiq olunma üsulları müxtəlifdir.Məsələn, bəzi hallarda saç mezoterapiyası 1 sm aralıqlarla 4 mm eninə tətbiq olunan nöqtə texnikası ilə tətbiq oluna bilər, bəzi hallarda isə 1 mm dərinliyə tətbiq edilən epidermik texnika ilə saç mezoterapiyasına üstünlük verilir. Xəstənin vəziyyətinə uyğun texnika həkim tərəfindən seçilməlidir.