Telogen saç tökülməsi (Telogen effluvium) qadınlarda ən çox müşahidə olunan saç tökülməsidir.
Kişi və qadın olmağından asılı olmayaraq hər bir insan üçün saçların sağlam və parlaq görünməsi çox vacib faktorlardan biridir. İnsanların təxminən yarısı yaşadığı müddət ərzində ən azı bir dəfə saç tökülməsi problemini hiss edirlər. Qadınlar arasında ən çox təsadüf olunan saç tökülmələrindən biri telogen saç tökülməsidir (telogen effluvium).
Gün ərzində hər bir insanın baş hissəsindən təxminən 30-150 ədəd saç tökülür. Gündəlik darama və yuma tezliyindən asılı olaraq bu say artıb və ya azala bilər. Bu proses demək olar ki, bütün həyat boyu davam edir.
Saçlar öz inkişafı müddətində 3 mərhələdən keçirlər.
1 - ci mərhələ - Anagen faza (böyümə mərhələsi) - təxminən 2-6 il davam edir. Bu dövrdə saçlar aktiv böyüməyə davam edirlər. Saçlı dəridə olan anagen saçlar gün ərzində təxminən 0,35 mm, ay ərzində isə 1 sm uzanır. Başda olan tüklərin 85-90% - i anagen fazada olan saçlardır.
2 - ci mərhələ - Katagen faza (keçid mərhələ) - təxminən 2-4 həftə davam edir. Bu dövrdə saçların uzanması dayanır. Başda olan tüklərin 1-2% - ni təşkil edir.
3 - cü mərhələ - Telogen faza (dincəlmə mərhələsi) - təqribən 3-4 ay davam edir və sonda tüklərin tökülməsi ilə nəticələnir. Başda olan tüklərin 10-15% - ni təşkil edir.
Telogen saç tökülməsində (Telogen effluvium) - başda olan telogen saçların sayında təxminən 30% artım, anagen saçların sayında isə azalma müşahidə olunur ki, bunun da nəticəsində intensiv saç tökülməsi ilə yaranır.
Telogen saç tökülməsinin 2 növü vardır:
1. Kəskin telogen saç tökülməsi (Acute Telogen Effluvium)
2. Xroniki telogen saç tökülməsi (Chronic Telogen Effluvium)
Kəskin telogen saç tökülməsi (Acute Telogen Effluvium) ən çox aşağıdakı faktorlardan sonra yarana bilər:
- emosional stress
- hamiləlik qurtardıqdan 2-3 ay sonra
- yüksək temperatura ilə keçən infeksion xəstəliklər
- cərrahi əməliyyatlar
- uzun müddətli dieta
Yuxarıda göstərilən səbəblərin üzərindən 3 ay keçdikdən sonra kəskin saç tökülməsi yaranır. Bu zaman saçlı dərinin bütün hissələrindən təxminən 50% - ə qədər saçlarda azalma müşahidə olunur. Ancaq bu növ tökülmələrdə proqnoz yaxşıdır. Saç tökülməsinə səbəb olan faktorlar aradan qaldırıldıqdan sonra tüklərdə uzanma 3-6 ay ərzində müşahidə olunur.
6 aydan çox davam edən telogen saç tökülmələrinə deyilir. Əsasən qadınlarda müşahidə olunur. Ən çox aşağıdakı faktorlardan sonra yaranır:
- Qalxanabənzər vəzinin xəstəlikləri (thyroid disorders)
- Dəmir defisitli anemiyalar
- Sistemik xəstəliklər (qaraciyər və böyrək çatışmazlıqları, metabolik xəstəliklər və s.)
- dərman preparatları (antidepressantlar, epilepsiya əleyhinə preparatlar və s.)
Xroniki telogen saç tökülməsində - müddət 6 aydan çox olduğuna görə saçlar daha incə və cansız görünürlər. Bu növ tökülmələrdə baş nahiyyəsinin 50% - dən çox hissəsində tüklərdə azalma və tökülmə müşahidə olunur.
Telogen saç tökülməsinin (Telogen Effluvium) əlamətləri hansılardır? İnsanlar əsasən saçlarını yuma və darama zamanı hədsiz tökülməsindən, bir çox hallarda isə səhər yuxudan oyandıqda yastıqda çoxlu tükün olmasından şikayətlənirlər. Bəzi hallarda saç dibində ağrı və qaşınma hissiyatı (trichodynia) müşahidə olunur. Adətən bütün baş dərisində, xüsusilə bitemporal (hər iki təpə payından) nahiyyədə saçlarda azalma olur.
Telogen saç tökülməsində dırnaqda da dəyişikliklər də yaranır. Bu zaman dırnaq səthində eninə zolaqlar (Beau lines) görsənir.
Saç tökülməsini aydınlaşdırmaq üçün dermatoloq tərəfindən dartma və yaxud çəkmə testi (pull test) tətbiq oluna bilər. Bu zaman xəstələrə saçlarını testdən 48 saat əvvəl yumamağı tövsiyyə olunur. Bəzi hallarda saç dərisindən biopsiya alına bilər.
Telogen saç tökülməsi (Telogen Effluvium) necə müalicə olunur? Bir çox hallarda, hamiləlik, emosional stress, dərman preparatlarından sonra yaranan telogen saç tökülmələrini müalicə etməyə ehtiyac olmur. Saç tökülməsinə səbəb olan faktorlar aradan qaldırıldıqdan sonra saçlar normal böyümə fazasına daxil olurlar ki, bundan bir müddət sonra da saçlarda tökülmə tamamilə dayanır və saçlar normal uzanmağa başlayır.
Bəzən isə telogen saç tökülməsinə yanaşı gedən xəstəliklər səbəb ola bilər. Belə hallarda tökülməyə səbəb olan faktorları aşkar etmək üçün müxtəlif müayinələri etmək lazım olur. Bu faktorlar aradan qaldırılmadıqdan bir müddət sonra saç tökülmələri yenidən başlayır. Belə hallarda dermatoloqunuz sizə müxtəlif dəmir və vitamin preparatları, şampunlar və digər həkim müayinələrindən keçməyi tövsiyyə edə bilər.