Faydalı məlumatlar

Kəpəkli saçların səbəbi və bağırsaq sağlamlığı ilə əlaqəsi – elmi baxış

Kəpəkli saçların səbəbi və bağırsaq sağlamlığı ilə əlaqəsi – elmi baxış

Kəpək saç dərisindəki ölü hüceyrələrin sürətlə qopması nəticəsində yaranan, tez-tez qaşınma və qızartı ilə müşayiət olunan bir vəziyyətdir. Sadəcə xarici amillərlə deyil, daxili – xüsusilə bağırsaq mikrobiomu ilə sıx əlaqəlidir.

Elmi tədqiqatlara görə, bağırsaq florasında balanssızlıq (disbioz) immun sisteminə təsir edərək bədəndə iltihabi prosesləri artırır. Bu, seboreik dermatit və kəpək kimi dəri problemlərinin ortaya çıxmasına şərait yaradır.

Zərərli bakteriyaların çoxalması bağırsaq keçiriciliyini artıraraq toksinlərin qan dövranına keçməsinə səbəb olur – bu da saç dərisində iltihab və qızartı yarada bilər.
Müəyyən vitamin və mineralların çatışmazlıqları, adətən zəif bağırsaq sorulması ilə bağlıdır və bu da kəpəklənməni artırır.
Qlüten, şəkər və süddən zəngin qidalanma, həmçinin bağırsaqda maya göbələklərinin (xüsusilə Candida) artmasına səbəb olaraq saç dərisinə təsir edə bilər.

Müalicəyə yanaşma inteqrativ olmalıdır:
•⁠ ⁠Bağırsaq florasının bərpası (probiyotiklər, lifli qidalar)
•⁠ ⁠Qaraciyər dəstəyi
•⁠ ⁠Zərərli qidaların çıxarılması
•⁠ ⁠Xarici olaraq anti-fungal şampunlar və sakitləşdirici bitki ekstraktları

Kəpəklə mübarizə yalnız şampunla deyil, bütün bədən – xüsusilə bağırsaq sağlamlığına yanaşmaqla effektiv olur.

Trixoloq Aytəkin Quliyeva
+994706295104
@trixoloq.aytekinquliyeva